Revelton Studios
Baku
Təmassız qeydiyyatı və detallara diqqətcil olan dostcasına xidmət
OTELDƏ
Ailəvi səyahət üçün
Tam təchiz olunmuş mətbəx
Tam təchiz olunmuş mətbəx
Onlayn qeydiyyat şöbəsi
Onlayn qeydiyyat şöbəsi
Əlverişli yerləşmə
Əlverişli yerləşmə
Yüngül təmizləmə hər 4 gündən bir
Yüngül təmizləmə hər 4 gündən bir
Astrologiya muzeyi
Astrologiya muzeyi
Ailəvi səyahət üçün
Onlayn qeydiyyat şöbəsi
Apartamentlərdə qaldığınız müddət ərzində sizinlə daim əlaqədəyik. Əgər köməyə ehtiyacınız olarsa, WhatsApp-da bizə yazın.
Yerləşmə
Otel Azərbaycanın paytaxtının qədim hissəsi olan İçəri şəhərin tam ürəyində yerləşir. Bura heç də adi qədimi rayon yox, böyük qala divarları ilə əhatə olunmuş əsl memarlıq qoruğudur. Bakının əfsanəvi diqqətəlayiq yerləri məhz İçəri şəhərdə yerləşir.
Bunlar:
  • Qız qalası – bir zamanlar Xəzər dənizi üzərində yüksələn qədimi abidə;
  • Şirvanşahlar sarayı – Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı;
  • XV əsrdə pakistanlı tacirlərin qaldıqları Multanı karvansarayı;
  • Azərbaycanın müqavimət hərəkatının simvoluna çevrilmiş XI əsrə aid Məhəmməd məscidi.

Bakının mərkəzində maraqlı ab-hava mövcuddur – neomavritan üslubu Stalin ampiri üslubu ilə tandem təşkil edir, təndirlərdə ətirli çörəklər bişirilir, kiçik həyətlərdəki sarmaşıqlı balkonlarda isə paltar asılıb. Ən yaxşı restoran və kafelər, mağazalar və suvenir dükanları isə bir addım məsafədə yerləşir.
Tam təchiz olunmuş mətbəx
Hər apartamentdə qəlyanaltı və ya səhər yeməyi hazırlamaq üçün lazım olan hər şey var: plitə, mikrodalğalı soba, toster, çaydan, stəkan, qab-qacaq.

Sizə lazım olanı tapmadınız? WhatsApp-da bizə yazın.
Astrologiya muzeyi
Qədim zamanlardan səma cisimlərinin hərəkətinin yalnız təbii və tarixi hadisələrə deyil, birbaşa olaraq hər bir insanın taleyinə də təsir göstərdiyi hesab edilir. Min illər boyu insanlar ulduzları müşahidə edərək gələcəkdə onları nəyin gözlədiyini öyrənməyə çalışıblar, bir elm kimi astrologiyaya maraq isə bu günədək azalmır.

Otelin damında uzaq ulduzlara biraz yaxınlaşmaq mümkündür. Burada sizi Ptolemey dünya sisteminə unikal səyahət gözləyir! Məsələn, siz öyrənəksiniz ki, Yer Kainatın ortasında hərəkətsiz olsa idi necə görünərdi. Ya da Günəşin və planetlərin planetimizin ətrafında fırlandığı ulduzlu səmaya baxacaqsınız. Həm uşaqlara, həm böyüklərə maraqlı olacaq – mütləq ekskursiyaya qatılın və bir neçə effektiv şəkil çəkin!
Ailəvi səyahət üçün
Uşaqlı ailələr üçün rahat dincəlmək üçün apartamentlərdə lazım olan hər bir şərait mövcuddur: Qab-qacaq və məişət texnikası ilə tam təchiz olunmuş mətbəxlərdə istənilən zaman istədiyinizi hazırlaya bilərsiniz!
Xırdalıqlardan narahat olmamağınız üçün apart-oteldə olan əlavə xidmətlər:

  • kompakt yemək sahəsi;
  • sürətli Wi-Fi;
  • uşaq çarpayıları (əvvəlcədən razılaşdırılmaqla);
  • otel sahəsində avto dayanacaq;
  • uşaqlar üçün oyun otağı və həyətdə oyun meydançası.

Bundan əlavə faydalı bonuslar - kitab kolleksiyası və rahat ədyallar mövcuddur.
Təmizlik xidməti
Yüngül təmizləmə: hər 4 gündə bir.
Ümumi təmizləmə: hər 6 gündən bir və çıxışdan sonra.

Oteldə qalmanın təhlükəsiz olmasını təmin etmək üçün apartamentlər ÜST tərəfindən tövsiyə olunan məhsullarla təmizlənib, dezinfeksiya edilir.
SUAL VƏ CAVABLAR
BILMƏK VACIBDIR
Ödəniş və rezerv ləğv etmə qaydaları
Sistem yerləşməyə 5 gün qalmış müvafiq məbləği kartınızdan silir. O vaxta qədər siz rezervasiyanızı pulsuz olaraq ləğv edə və ya dəyişdirə bilərsiniz.
Yerləşməyə 5 gündən az qalmış müddət ərzində rezervasiyanızı ləğv etmək istədiyiniz halda, məbləğ geri qaytarılmayacaq.
Ev heyvanı ilə yerləşmə
Ev heyvanınızla gələ bilərsiniz. Heyvanınızla birlikdə yerləşdirilməyi rezerv etmək üçün, zəhmət olmasa, ev heyvanınızın ölçüsünü və istəklərinizi bizə poçt və ya WhatsApp vasitəsilə yazın.

Ev heyvanı üçün bir gecəlik qiymət 10 avrodur.
Tez giriş və gec çıxış
Əgər siz daha tez yerləşmək və ya daha gec çıxmaq istəyirsinizsə, bizimlə elektron ünvan və ya whatsapp vasitəsilə əlaqə yaradın. Xidmətin mümkün olması apart-oteldəki doluluqdan asılıdır.
Qeydiyyat şöbəsinə getmədən necə yerləşmək olar?
Rezervasiya etdikdən sonra sizə poçt vasitəsilə təlimatlar və onlayn qeydiyyat üçün sorğu anketi göndərəcəyik.
Gəlməzdən bir neçə gün əvvəl biz sizin elektron poçtunuza və ya WhatsApp-a ətraflı video təlimat, həmçinin otelə və apartamentə daxil olmaq üçün unikal PİN kod göndərəcəyik.
Apartamentlərin təmizlənməsi
Hər 4 gündən bir zibilləri çıxarırıq, dəsmalları dəyişirik və lazımi ehtiyatları təmin edirik. Hər 6 gündən bir apartamentləri təmizləyirik.
Apartamentdə nələr var
Hər apartamentdə soyuducu, paltaryuyan, fen, dəsmal, yataq dəsti, sabun və duş geli mövcuddur.
Həmçinin apartamentlər induksiya plitəsi, mikrodalğalı soba, toster, elektrik çaydanı, yemək dəsti və qab-qacaq olan mətbəxlərlə təchiz olunub.

Siyahıda sizə lazım olanı tapmadınız? İstəklərinizi bizə whatsapp-a və ya elektron poçt ünvanımıza yazın.
COVID-19
Ən son məlumatları gəlişdən 5 gün əvvəl təlimatlarla birlikdə göndəririk.
Gəlin dost olaq
İlk olaraq ən son yenilik və xüsusi təkliflərdən xəbərdar olmaq üçün abunə olun
Bağlamaq
TƏŞƏKKÜR EDİRİK!
Siz Revelton Hotels&Apartments xəbərlərinə abunə olmusunuz. Tezliklə bizdən ilk məktubu alacaqsınız :)
How to book
Please, write us the dates you would like to stay and any notes at info@reveltonstudios.az